|
FATIMƏ(s) KAMİL İNSAN NÜMUNƏSİ
Ulduzlar tarixin bütün dövründə Mədinə göylərində parlayırdılar . Qızıl gülünün ətri hər zaman Mədinə küçələrində ətir saçırdı. peyğəmbərin qızı Fatimə, atasının ayrılığından ürək yaxıcı nalələrlə dedi: Sevimli atam, dünya sənin cəmalınla aydınlıq tapırdı, lakin bu gün sənin matəmində dünyanın gülləri belə solublar.Sən ilahi din üçün bir bahar idin, sən peyğəmbərlərin parlaq nuru idin , necə olur sənin rihlətində dağlar parçalanmır və dənizlər dönüb-dayanmır ? atacan, sən ozün sevincə yaxınlaşdın və cənnət səninlə bəzəndi , amma mən sənin firaqında ağlayır , sızlayıram. Sənə çatana qədər və səni tapana qədər səni axtaracam. Allahın elçisinin vəfatından çox keçməmiş , Fatimə özüdə dünyadan köçüb , atasının görüşünə getdi . Fatimə ilə atası arsında olan bir möcüzəli sevgi ağızdan-ağıza dolaşaraq hər kəsin dilində əzbər oldu.Həzrət Fatimə (s)-nın atasının qəlbində xüsusi yeri var idi və o həzrət Peyğəmbər (s) üçün çox əziz idi . Peyğəmbərin əziz qızına göstərdiyi sevgisi , ata sevgisindən başqa , ona xüsusi sayğı və hörmət hissini əhatə edirdi. Bu hisslər Fatimə(s)-nın böyüklüyü və onun kəmalından qaynaqlanırdı. Bəzl Hirəvi böyük alim və şəxsiyyət olan Hüseyn İbn Ruhdan soruşdu : Peyğəmbərin neçə qızı varidi ? O, dedi : 4 qızı , o soruşdu: Onların hansı daha üstün idi ? o cavab verdi : Fatimə , Herəvi təəccüblə dedi : O Həzrət Peyğəmbərin qızlarının hamısından balaca olduğu və peyğəmbərlə az zaman keçirdiyi bir halda niyə o daha üstün idi? Hüseyn İbn Ruh dedi : onda iki xüsusiyyətin olduğuna görə Peyğəmbər ona çox dəyər verirdi .Birincisi Fatimə Allahın Peyğəmbərindən irs almışdı , ikinci ona görəki Peyğəmbərin nəsli Fatimə ilə davam etmişdir. Peyğəmbər bu xüsusiyyəti , Fatimə(s)-ın ixlası və kəmalına görə ona bağışladı. Fatimə bir müsəlman qadının simvoludur.O Həzrətin fikrincə qadın sonsuz imanı və iffəti ilə , özünü elm və mərifət zinəti ilə bəzəməli və fərdi və ictimai sahələrdə təsir edici rol oynamalıdır. Fatimə güclü dəlillərlə qadınlara dini və mənəvi bilgilər verirdi . Bir gün bir qadın Allahı inkar edən biri ilə mübahisə edirdi axırda Fatim (s)-dan öyrəndiyi dəlillərlə ona qalib gəldi. Sonra çox sevinclə Fatimə (s)-nın yanına gəldi . O həzrət buyurdu : İndi sənin o imansız şəxsə qalib gəldiyin üçün mələklərin sevinci sənin sevincindən daha çoxdur. Allahın Peyğəmbəri(s) Fatimə (s)-nın məqamı və şəxsiyyəti haqda buyurmuşdu : Əgər gözəllik və yaxşılıq bir insan şəklində görünsəydi o insan Fatimə olardı , mən diyərdim ki: Fatimə ondan da böyükdür . Mən əminəm ki, qızım Fatimə yer üzündəki insanların ən böyük şəxsiyyətidir. Bir gün Fatimə (s) , Peyğəmbər(s)-nın yanında idi. Həmin vaxt Peyğəmbər (s)-ə bir vəhy nazil oldu. Sonra Allah Rəsulu Fatimə (s)-yə buyurdu : Cəbrail indi mənim yanımdadır və deyir ki, nə istəyirsənsə de , çünki dünyanın xəzinələri üzünə açıqdır . Fatimə bir an sükutdan sonra dedi: Atacan mən heç nə istəmirəm . Mən allahın camalına baxmaqdan başqa bir şey estəmirəm . Allahın xidmətində olduğum vaxt aldığım ləzzəti heç nədən ala bilmirəm . Həmin vaxt Peyğəmbər çox fərəhlə Fatimənin əlini öpdü və ona böyük bir şəxsiyyət kimi sayğı göstərdi. Bəzən tarixin hansısa bir dövründə qəflətən nurdan dağınıq bir enerji yaranır və günəş kimi dəyərli insanlar doğulur . Nə vaxt bir çox nur bir yerə toplansa insanlar onun hamısına baxa bilmirlər . Lakin Fatimə(s) 18 ildən çox yaşamadı . Lakin gənc olmasına baxmayaraq insan fəzillətlərinin bütün dəyərlərini özündə cəmləşdirmişdi. O bəşəriyyətin böyük tərbiyəçilərinin bütün amalları və məfkurələrin həm də müxtəlif sahələrdə , o cümlədən yaradan barədə ,ictimaiyyət haqda və ailə xüsusunda olan fikrilərin ən düzünü təqdim etdi. Buna görədə dini mütəfəkkirlərin çoxu bu kamil insanı örnək göstərmək istəyəndə Fatimeyi Zəhra(s)-nı göstərirlər. Kamil şəxsiyyətlərin əsas xüsusiyyətlərinin biri dünya və varlığı dərk eləməkdir . Fatimə(s) belə bir dərk ilə İlahi yolu uğurla keçdi və Allahın mərifətinə çatdı. O Allah ki, insanları yaradıb və bütün yaxşılıqlar və gözəlliklərin mənşəyidir. Biz şəhadət veririk ki, dünyada 1 Allah var və ondan başqa tanrı yoxdur . Bu şəhadətin hasili Allahla xalisanə döstlüq və buna inanmaqdır . Bu inam ürəklərə aydınlıq gətirir . Fatimə (s)-nın rəftar və davranışı Allaha çatmağın yolunu bizə göstərir .İman onun həyatının bütün mərhələsində görünürdü. O başqalarını tərcih edirdi və başqalrı yolunda əlindən gələni edirdi. Bir gün məsciddə bir ac, Peyğəmbər (s)-dan yemək istəyir, Əli(ə) evə gəlib bu hadisəni xanım Fatimə(s)-ya deyir : biz də olan yemək təkcə bir qız uşağı üçün yetərlidir lakin biz o insanı özümüzdən və uşaqlarımızdan üstün bilməliyik. O bizim qonağımızdır, yeməyi ona çatdır. Başqa bir vaxt , O Həzrət Əli(ə)-a Peyğəmbərin tərəfindən verilmiş malı geri göndərir və belə bir müraciət edir: Ey Allahın Peyğəmbəri qızın sənə salam göndərir və deyir bizim payımızdan düşən malı Allah yolunda infaq(bağışlamaq) buyur . Peyğəmbər Fatimə (s)-nın hərəkətindən elə sevinir ki, üç dəfə deyir : Fədaha Əbuha (atan sənə qurban) olsun. Yüksək şəxsiyyətlərin əsas xüsusiyyətləri uzaq üfuqləri nəzərə almaq və öz ruhu və düşüncələrini böyük və mənəvi amallara görə tərbiyə etməkdir. Hamımız kədərli olan Fatimə (s)-nın şəhadətinin il dönümündə əhd-peyman bağlayırıq ki, onun adı və yadını həmişə yaşadacağıq , zira Peyğəmbər (s) özu Fatimə (s)-nın əlini qaldıraraq buyurub: Kim bunu tanıyırsa tanıyır , tanımayan da bilsin ki, Fatimə mənim qızımdır , o mənim bədənimin bir parasıdır və mənim ruhum və qəlbimdir. Kim onu incitsə məni incitmiş olur , kim onu sevirsə mənidə sevir . Salam olsun Fatimə (s)-yə , atası Rəsuli Əkrəmə və övladlarına. İki dünya xanımı olan bu xanımın vəfatı münasibəti ilə baş sağlığı veririk.
|