Aşura eşq və qəhramanlıq simvolu

 

Kərbəla İraqda yerləşən bir bölgənin adıdır . Demək olar ki , İslam tarixində heç bir inqilab zaman və coğrafi baxımdan Kərbla hadisəsi kimi qısa olmayıb . Bu hadisədə Hüseyn(ə)-ın 72 nəfərlik dəstəsi təpədən dırnağadək silahlanmış 30min nəfərlik qoşunun qarşısında dayandı. Eyni halda bu hadisə İslam tarixinin ən təsir edici və həssas nöqtəsi sayılır. Bu coğrafiyada insanla əlaqəli bütün gözəllik və əzəmətlər üzə çıxmışdır .

  Aşura təkcə bir tarixi hadisə deyil . Mənəvi dəyərlərə malik olan böyük bir mədəniyyət , siyasət və təfəkkür məktəbidir. Bu haqsevər və haqqı tələb edən qiyam İmam Hüseyn(ə)-ın dərin baxışından mənşə alaraq azadlıq əsasında baş verib .Hüseyn (ə)-ın qiyamı bütün azadlıq uğrunda hərəkətlərin nümunəsidir. İslam Peyğəmbəri buyururu:"Hüseynin şəhadəti , imanlı insanların ürəyinə dərin və sönməz təsir buraxacaq.

  Haqq yolunda addımlamağın ilkin şərti bütün bağlılıqlardan azad olmaqdır . Minlərlə aşkar və gizli məsələlərə bağlı olan şəxslər heç vaxt yüksək hədəflərə nail ola bilməzlər .Böyük qərarlar əsnasında dünyəvi bağlılıqlar insanı iradəsiz edər . Bu üzdən insan çox tez cah-cəlal və dünya malına aldanar .

  İmam Hüseyn(ə) , Həzrət Məhəmməd(s) və Əli(ə)-ın həqiqi varisi, iman və fədakarlıq simvoludur . O ictimai və fərdi sahələrdə islamın zəiflənməsinə imkan vermədi. Hüseyn(ə) din və azadlıq yolunda böyük bir qəhrəmanlıq göstərmək üçün məxsus insanları özünə silahdaş seçdi . Məqsədi açıqlayıb , Allah yolunda şəhadətdən söz açdı. Sonra da , Aşura günü heyrət doğuran insani dəyərlərdən ibarət rəngarən tablo çəkdi.

  Aşuranın qızıl səhifəsində çoxlu yaxşılıq və pisliklər öz əksini tapıb . Bu tabloda insanın Allaha necə könül verib , dəyərləri qorumaq və nəhayət təklikdə böyük bir qəhrəmanlıq yaratmağı əks olunub.

  Kufənin vəfasız əhalisi Hüseyn(ə)-ı rəhbərlik və imamət üçün seçdiklərinə rəğmən öz qılıncları ilə ö həzrətə qarşı çıxdılar belə ki,  onun iki yoldan başqa ayrı seçimi olmadı. Yezidlə barışmaq , yada ki, qətlə yetirilmək . Amma şərafət və kəramətə üstünlük verən Hüseyn(ə)-ın şəxsiyyəti səbə oldu ki , o həzrət qətiyyətlə desin: "Allaha and olsun ki , mən bu pozğunlarla əl vermərəm və qullar kimi onların qarşısında baş əymərəm. İmam Hüseyn(ə) sərahətlə  bildirdi ki , izzət və zəllətin yerlərini dəyişmək istəyən qüvvələr meyndan çıxırlarsa , insanlar qiyam etməlidirlər . İmam Hüseyn(ə)-ın nəzərincə haqla batil arası sərhədlər aydın olmayanda müqavimət göstərib bu hüdudları müəyyən etmək lazımdır . Əgər imam Hüseyn(ə) Məhəmməd(s)-ın ayin və ənənələrini qorumaqda  israrlı olmasaydı , insani dəyərlər pozulub, İslam ümməti zülmə tabe olmaq təhlükəsi ilə üzləşərdi.

  Peyğəmbər (s)-ın pak övladı dəfələrlə ictimaiyyətdə yaxşılıqlar üsulunu açıqladı . O dünya ictimaiyyətinə bildirdi ki, əgər xalqın mütərəqqi düşüncələrlə əlaqəsi olmasa irticaçılığa üz tutacaq və beləliklə də, zülmə tabe olacaqdır.Dəyərlərin tərs göstərilməsi Hüseyn(ə)-ın yəzidlə qarşılaşma amillərindən sayılır . Əgər hakimiyyət nalayiq şəxslərin əlinə keçərsə və bu şəxslər öz məntiqsiz istəklərini xalqa qəbul etdirərlərsə təbii ki , çətin vəziyyət yaranacaqdır . Bəni üməyyə özlərini müsəlman adlandırdılar amma onların rəvac verdiyi islam təhrif olunmuş din idi.

  Aşura insanların Hüseyn(ə)-ın dəyərlərinə qövüşməsı günüdür . Əlbəttə Hüseyn(ə)-ın müqabil cəbhəsində dünyanı üstün tutanlar dayanmışlar .Aşura günü İmam Hüseyn(ə) bütün əzizlərini əldən verdiyinə rəğmən hələ də, müxalifləri hidayət etməyə səy göstərirdi. İmam sərriştəsiz alimləri tənqid edərək buyurdu:"Zəifləri zalımların əlinə buraxdınız , bəzisi azadlığı itirib bəndəliyə düçar oldu, digərləri də, maaş və iqtisadi təzyiqlərə məruz qaldılar .Amma İmamın vəfalı silahdaşlaırnı Allah taalanın buyurduğu bu sözə bənzətmək dəyərsiz olmazdı. Peyğəmbər(s) səhabəsi kafirlər qarşısında kəskin və bir-biri ilə mehriban idilər . İmam Hüseynin Kərbəladakı sirdaşlarının ürəyi Hüseynin eşqi ilə dolu idi. Buna görə də, o  misili görünməmiş ağır hadisəyə müqavimət göstərib şücaətlə dayandı.

  Alman filosufu Marbin öz araşdırmalarında İmam Hüseyn(ə) barədə deyib : Tarix boyu İmam Hüseyn kimi bilərəkdən dini rəvac verməyə xatir canından keçən şəxs olmayıb .

  İraqın Mosul şəhərinin sünni müftisi əl-Əbidi deyib : Kərbəla faciəsi bəşər tarixində misilsizdir . Necə ki , ona bais olanların da, misili görünməyib . Hüseyn ibni Əli(ə) Allahn əmrinə əsasən məzlumların haqqını müdafiə etmək və ictimaiyyətin məsləhətini özünə vəzifə sayaraq bu yolda əzmkarlıq göstərdi. Hər şeyini Kərbəlada fida etdi , buna görə də , Allah yanında şəhidlər sərvəri adlandırılır və tarix boyu islahatçıların rəhbəri sayılır. O istədiyi və hətta istədiyindən çoxuna nail oldu.

  Aşura günü fəzilət və igidlik sahibləri bir bə bir şəhdi oldular , pozğunluq və vəhşilik simvolları onları şəhid etmək üçün dəridən- qabıqdan çıxırdılar . İmam Hüseyn(ə)-ın pak  cənazəsi yerə düşdü və o Hz.  həyatının son anlarında söylədi :"İlahi sənin əmrinə tabeəm , sənin bəlalarına dözürəm , əmrini təsdiqləyirəm və səndən başqa bir tanrım yoxdur".

  Yezid qoşunları öz dövrlərinin şərəfli insanlarını qətlə yetirəndən sonra çalışdılar onlardan gələn nəsillərin dərs alması üçün heç iz qalmasın , Buna görə də , atlarını o igidlərin cənazələri üstündə çapdırdılar . İmam Hüseyn(ə) bütün nəsillərin parlaq günəşidir , saçır və işıq bəxş edir .

Seyyid Qütb , Hüseyn(ə) hərəkətinin səmərəsi nə idi? Sualının cavabında yazır : Kiçik miqyasda bu hərəkət məğlubiyyətə uğradı amma geniş miqyasda və həqiqi mənada işıqlı və zəfərli bir hərəkət idi. Bütün dünyada Hüseyn(ə) kimi ürəkləri özünə cəlb edib , nəsilləri fədakarlığa sövq etdirən olmayıb . Hüseyn(ə) öz əqidəsinə əsasən dəvəti şəhadəti ilə reallşdırdı.      İmam Hüseyn şəhdi edildi amma onun nurundan islam günəşi daha da nurlandı.

  Salam olsun Allah peyğəmbərinin övladı İmam Hüseyn(ə)-ə ,salam olsun oğluna və salam olsun dünya xanımlarının sərvəri Hz. Fatimənin oğluna , salam olsun ona və onun yolunda canından keçənlərə!