|
MƏHƏMMƏD (S.Ə.S) HƏMİŞƏLİK PEYĞƏMBƏR Salam olsun sənə ey yaxşılıqların qasidi, ey insanların ən mehribanı, Sən insanın həqiqi simasını əks etdirmək üçün seçilmisən. Sən həqiqəti təmsil edən gönəşsən. Sən ürəklər məşriqindən tülü etmisən indidə ağır qürubun ildöünmü günüdür. Rəsul Əkrəm (s.ə.s) müxtəlif zamanlarda özünün vəfatından söz açırdı və Quran ayələrinə əsasən də hamı bilirdi ki, Peyğəmbərin həyat sürməsi başqaları ilə fərqlənmir və oda dünyasını dəyişəcək. Peyğəmbər (s.ə.s) vəfatından bir ay qalmış buyurdu: "Ayrılıq zamanı gəlib çatır və Tanrıya tərəf qayıtmalıyıq. Mənim haqq dəvətini qəbul edib getməyə az bir zaman qalır və mən sizlər üçün iki ən bahalı şey qoyub gedirəm: Allahın kitabi və Əhli-Beytimi. Bir gün O Həzrətə dedilər: Xalq sizin vafatınızin xəbərindən çox kədərləniblər. Peyğəmbər (s.ə.s) Əli (əs) dayanaraq məscidə gedib Allahı sitayiş etməkdən sonra buyurdular: "Mənə xəbər veriblər ki, siz peyğəmbərinizin vəfat etməsindən təşviş keçirirsiniz. Məndən qabaq həmişəlik yaşayan peğəmbər varmı? Bilin ki Mən Pərvərdigar rəhmətinə qovuşuram və siz də onun rəhmətinə qovuşacaqsınız." Başqa bir gündə, Peyğəmbər Bəqi məzarlığına gedib ölüləri dua elədi. Sonra Əli (sə)-ə dedi: Əbədi yaşayışın açarı mənə tapşırılıb və mən kiki dünya həyatından, Allahla görüşmək və cənnəti seçmişəm. Peyğəmbərin xəstəliyinin ağırlaşdığı zaman o öz ətrafındakılara xitabən buyurur: "Qardaşım və dostuma deyin bura gəlsin. Peyğəmbərin xanımı Ümisələmə dedi: Əli-yə deyin gəlsin. Çünki, Peyğəmbərin buyurduğu o ola bilər. Əli (əs) gələndən sonra Peyğəmbər onu bağrına basıb, onunla çox üərək sözü danışandan sonra, huşunu itirdi. Peyğəmbərin nəvələri Həsən (əs) və Hüseyn (əs) bu əhvalatı müşahidə etməklə hönkürtü ilə ağladılar və özlərini Peyğəmbərin pak bədəni üstünə atdılar. Əli(əs) onları ayırmaq istədi amma Peyğəmbər huşa gəlib buyurdu: "Əlican, burax onları iyləyim və onlarda məni iyləsinlər, onlar məndən bəhrələnsin məndə onlardan." Nəhayət Peyğəmbər (s.ə.s) Əli (sə)-ın ağuşunda həyatını dəyişdi. Bu münasibətlə siz əzizlərə başsağlığı veririk. Şərq və İslam barədə tədqiqatçılar çox hallarda İslam Peyğəmbəri barəsində də öz nəzərlərini bildiriblər. Amma onların bəzi əsərlərində cahillik, böhtan və bir çox yalan danışıqlara rast gəlmək olur. Onlar bəzi əsassız günmanlarla, Həzrət Məhəmməd (s.ə.s)-ın peyğəmbərliyini inkar edib O böyük şəsiyyətə hörmətsizlik edirlər. İndi bu sualı ortaya qoymaq olar ki, necə, böyük və qlobal bir sivilizasiyanın binövrəsini qoyan böyük şəxsin barəsində bu cür həyasızlıqla danışırlar? Necə, bərşəriyyət üçün böyük elmi və mədəni dəyişiklik yaradan şəxsi yalançı adlandırmaq olar? Montgomary watt William deyir: Xristian tədqiqatçılar, bu cür rəddiyyət xüsusiyyətini sələflərindən öyrəniblər. Orta əsrlərdə, Avropada kor təəssübkeşlik və Peyğəmbəri ittihamlandırma rəvac verilmişdi. O yazır: Amma bu böhtanlar, İslam Peyğəmbəri və onun ayininə yapışmaz. Buna görədə hazırkı tədqiqatçı və almilər Məhəmməd (s.ə.s)-ı tam sədaqətli və pak adlandırırlar. Bu barədə, Tumas Karlayil-in sözünü xatırlatmaq yerinə düşərdi: O deyir: İddia olunur ki, dünyanın ən böyük dinlərindən birinin təməlini qoyan yalançıdır. Ancaq bunlar cəfəngiyyat və çox gülüncdür. Beləliklə İslam nurunun qarşısının alınması qənaətində olanlar insani düşüncələri başa düşməyən psixi xəstələrdirlər. Əlbəttə İslamın Böyük Peyğəmbərinə böhtan atmaq yeni bir metod deyil. İslamın əvvəllərində də Məkkə kafirləri, yəhudilər və münafiqlər Peyğəmbərə çox böhtanlar atırdılar. Quran Kərimdə, bu böhtanlar cavablandırılır. Gah Peyğəmbəri şair adlandırıb Ondan möcüzə göstərməyini istəyirdilər gahda ona sahir və ya məcnun deyirdilər. bir zamanda Quran "Əsatir əl-Əvvəlin" yəni "sələflər nağılları" adlandırılıb deyirdilər: Bu sələflərin bir daha yazılmış nağıllarıdır ki, səhərlər və axşamlar ona öyrədilir." Quran bu böhtanlara işarə edib Peyğəmbəri onların bərabərində müdafiə edir: Safat surəsinin 37-ci ayəsində oxuyuruq: Belə deyil, O haqqı gətirib və keçmiş peyğəmbərləri təsdiqləyib" Tur surəsinin 29-cu ayəsində Rəsulallaha təsəlli verilib deyilir: xatırlat ki, Pərvərdigar lütfü ilə sən (kahin) və məcnun deyilsən." İslamın Böyük Peyğəmbəri, normal və kamil insanın nümunəsidir. Bütün insanların kamilləşmək istedakı var amma onun çiçəklənməyi insanın kamilləşmək uğrunda necə addımlamasından asılıdır. İnsanın Pərvərdgarla əlaqəsi möhkəmləşdikcə onun bu yolda addımlamasıda sürətlənəcək. İslam Peyğəmbərinin yolunda addımlaması o dərəcədə oldu ki, Allahın seçilmiş mələkləri də o məqama çata bilməyiblər. Rəsullüllahın gətirdiyi ayin insanın fitrət və təbiətinə uyğundur və bütün əsrlər onun istədiklərinə cavab verir. Azadlıq, insaniyyət, mehribanlıq və insan haqları kimi dərin mənaların hegemonçuların əlində oyancağa çevrilməsi vaxtı ilə Peyğəmbərin reallaşdığı həqiqətlər olub. Peyğəmbərin ədalət, dostluq və qardaşlıq mesaji bütün səadətsevərlərin yol göstəricisidir. Quranda işarə olunan Peyğəmbərin ən üstün xüsusiyyəti onun müxtəlif cəhətlərdən insanlar üçün rəhmət olmasıdır. O özünün kinli düşmənləri ilə səbirli davranırdı. Hətta demək olar ki, O Həzrətin müharibələri də Rəhmətə asaslanırdı çünki bu müharibələrdə məqsəd, azadlıq qarşısında maniələrin aradan qaldırılması idi. Bu özəlliklər Peyğəmbərə cazibəli və əbədi şəxsiyyət bəxş etdi. Həzrət Məhəmmd (sə) gecələr az yatıb və ümumiyyətlə gündüzlər oruc tutduğuna rəğmən həmişə döyüş meydanında öncüllərdən idi. Besət yaxud peyğəmbərliyə seçilməzdən öncə onun şücaətli olmasını igitlərin məzlumların haqqını müdafiə etmək üçün bağladığı müqavilədə görmək olar. Besətdən sonra da həmişə ədaləti bərqərar etmək üçün şücaətli dayanıb. Həzrət Əli (əs) Peyğəmbərin şücaətli olduğu barədə deyir: "düşmənlə qarşılaşanda, vəziyyət gərginləşəndə Rəsulüllahın arxasında pənah tuturdum və o düşmənə ən yaxın nəfər olurdu. Rəsulallahın ürəyi çox açıqidi. Buna görə də fərdi və ictimai həyatında çox dözümlü idi. O həmişə mehriban və gülərüzlü idi. O heçvaxt bahalı paltarlar germəzdi və həmişə çalışqarnların sırasında idi. Peyğəmbərin xanımı Ayişədən soruşdular: Peyğəmbərin necə əxlaqı var? O cavab verdi: "Onun əxlaqı Quran ilə eynidir və o danışan Qurandır." Quranın dərinliyi çox genişdir. Peyğəmbər də tükənməz bir xəzinədir və onun xəxsiyyətini tanımaq üçün çox və daimi çalışmaq lazımdır. Bəşərin Qurana ehtiyaçı əbədidir. Eləcə də müasir insanın Peyğəmbərin davranışına ehtiyacı daimidir. O bütün insanlar üçün nümunədir. İslam, Allahın sonuncu və İslam Peyğəmbəridə insanlar üçün əbədi rəhmətdir.
|