Açıq söz
|
TALIŞLAR TƏZYİQ ALTINDA
Qərb və avropalı təşkilatların sükutları xüsusilə Azərbaycan R-da panazərist fəaliyyətlərinin genişlənməsi ilə paralel olaraq , bu ölkədə milli azlıqlar , o cümlədən talışlar haqda etnik tragediya baş verməkdədir . Onlarla Talış fəalı Azərbaycan R. medialarının bir mənalı sükut etməsi fonunda nəzarətə alınıb və ya işgəncələrə məruz qalıb. 6 aydan çoxdur ki, Talış ziyalılarından sayılan Novruzəli Məmmədov və Elman Quliyev Az.R-da Milli Təhlükəsizlik Nazirliyinin gizli zindanlarında saxlanılır . Qəribədir ki, Az.R. Milli Təhlükəsizlik Nazirliyi Talış səsi qəzetinin məsul işçilərindən sayılan bu şəxsləri müəyyən işgəncələrə məruz qoyub. Lakin Az.R. Milli Təhlükəsizlik Nazirliyi və hüquq-mühafizə orqanları hələ də vurulan ittihamlar barədə ciddi bir sənəd və fakt əldə etməyə müvəffəq ola bilməyiblər . Bu şəxslərə vurulan ittihamlar sırf onların Talış dili və mədəniyyətinin inkişafı uğrunda fəaliyyət göstərməsi ilə əlaqədə olub və Az.R-da ifratçı ekstremist qruplar Talış fəallarının bu kimi fəaliyyətlərindən qəzəblidirlər . Bu ifratçı ekstremist qruplar Az.R-nı sırf azərilərə aid bilir və qalan etnosları 2-ci və 3-cü sort vətəndaşlar sayırlar. Az.R-da Novruzəli Məmmədova qarşı göstərilən təzyiqlər o həddə çatıb ki , onun Kamran Məmmədov adlı 37 yaşlı oğlu sentyabrın 8-də guya infakt nəticəsində həyatını dəyişib. Əslində son aylar Az.R-da Talışların çoxu Milli Təhlükəsizlik Nazirliyinə çağırılıblar .Onların bəzisi , o cümlədən Əli Nasir kimi tanınmış Talış şairi ev dustağına çevrilib . Habelə onların bəzisi də misal üçün insan haqlarının müdafiəçisi olan və məşhur Talış ziyalısı kimi tanınan Ataxan Əbilovun evi qəfildən yoxlanılıb və əlyazmaları qarət edilibdir . Bundan başq onlarla Talış da vətəni tərk etməyə məcbur olublar . Az.R. əhalisinin təqribən bir milyon nəfərini talışlar təşkil edir . Ümumiyyətlə Az.R-da talışlara qarşı qeyri-səmimi münasibət ona dəlalət edir ki , Bu ölkədə Talış adlı bir mədəniyyətin qəbul edilməsinə rəsmi iradə yoxdur . Az.R-da müxtəlif etniklər yaşayırsa da , bu ölkə müstəqilliyə çatdıqdan sonra dəfələrlə təkmillətli siyasətlərin həyata keçirilməsinin şahidi olmuşdur . Son vaxtlar Novruzəli Məmmədovun hüquqlarını müdafiə komitəsinin sədri Hilal Məmmədov Avropa Şurasının etnik məsələləri üzrə ekspertləri ilə görüşdükdən sonra deyib: Mən avropa şursına açıq-aşkar bildirmişəm ki, Az.R-dakı millətlərin heç birinin digər millətlərə əziyyəti yoxdur . Ancaq deyəsən ifratçı ekstremist qruplar arasında belə bir baxış və münasibət yoxdur .Əslində Az.R-da panazərist siyasətlər çərçivəsində azlıq təşkil edən qruplara göstərilən təzyiqlərin davam etməsi etnik fəalların avropalı təşkiltlardan , o cümlədən Avropa Şurasından kömək istəmələrinə səbəb olub.Zira Az.R. Avropa Şurasına qoşulan vaxt bu şura qarşısında öhdəlik götürüb ki, ölkədə bütün vətəndaşlar və milli azlıqlara aid hüquq və azadlıqlar təmin ediləcək. Az.R. müxtəlif qövmlərdən təşkil olunmuş bir ölkə sayılsa və azərilərdən savayı türkələr , ermənilər , ləzgilər , talışlar , avarlar , udinlər , tatlar və kürdlərin bu ölkədədə məskən salmasına baxmayaraq Az.R. müstəqilliyini əldə etdikdən sonra təkcə daxili siyasətlər deyil , həm də Az.R-nın xarici siyasəti müəyyən bir mərhələdə ekstremist strategiyalar əsasında qurulub.Buna görə də , Az.R. müstəqilliyə çatdığı ilk illərdə xüsusilə 1992-ci ilin əvvəllərində bu siyasət nəticəsində ağır ziyanlarla üzləşdi . Əslində Az.R. torpaqlarının 20 faizinin işğal altında qalması bu ölkədə etnik böhranlarla bir başa əlaqədə olub və bu gərginliyi Xalq Cəbhəsi və Qarabağı azad etmək müddəasına olan şəxslər yartmışlar . 2001-ci ildə Az.R-nın Avropa Şurasında etnik azlıqlar konvensiyasını imzalaması respublikada azlıq təşkil edən qruplar arasında ümidvarlıq yaratdı ki , bu ölkədə etnik azlıqların vəziyyəti yaxşılaşacaq və Az.R-da təkcə azərilər birinci sort vətəndaş kimi tanınmayacaqlar . Ancaq əfsuslar olsun ki , bu sevinc və şadlıq bir il davam gətirmədi və 2002-ci ilin iyun ayında, Az.R-da Azərilərlə İş üzrə Dövlət Komitəsi təşkil olunaraq dünya azərilərinin qurultayı keçirildi və Az.R-da ekstremist hərkətlər genişləndi . Onun məhsulu sürgün , mühacirət və onlarla Talış fəalinin həbs edilməsi idi . Onların bir çoxu , o cümlədən Novruzəli Məmmədovun nəzarətə alınmasından 6 ay keçməsinə baxmayaraq hələ də mühakimə olunmayıb. Bu arada Az.R-da etniklərin problemlərinin həlli sahəsində Avropa Şurası və qərbli təşkilatların müəyyən addım atmalarına bel bağlamaq əbəs bir işdir, zira insan haqlarını müdafiə mərkəzləri və qərb təşkilatları ötən illər ərzində regionda özlərinin etnik siyasətlərini həyata keçirməkdə Az.R-dan su-istifadə ediblər və hal-hazırda da həmin etnik fəaliyyətlərdən Az.R-nın əleyhinə istifadə edirlər . Bu yolla rəsmi Bakını qərbin qanunsuz istəklərinə yəni Qarabağ separatçılarının müstəqilliyi ilə barışmağa məcbur etsinlər . Qərbin nəzərində 1992-1993-cü illərdə Az.R-da etnik böhranın Az.R. torpaqlarının 20 faizinin işğal edilməsinə gətirib çıxardığı kimi hazırda da bu ölkədə etnik böhranın yaranması işğalı və Qarabağın Az.R-nın tərkib hissəsindən ayrılmasını rəsmiləşdirə bilər . Ötən il Qarabağ separatçıları tarixi təhrif etməklə dünya ictimaiyyətini vahid mövqe tutumağa cəhd göstərdilər . Bu arada Amerika Birləşmiş Ştatları da yeni Yaxın Şərq layihəsi çərçivəsində region ölkələrini parçalamağı qarşıya məqsəd qoyub . Bu arada Az.R. daha çox diqqət mərkəzindədir . Sözsüz ki , belə bir vəziyyətdə gərginlikdən xilas olmağın yolu yekdilliyin yaranması , çox mədəniyyətli siyasətlərin nəzərdə tutulması , habelə xalqın 98 faizini şiələr təşkil edən Az.R. kimi müsəlman bir ölkədə İslam prinsiplərinin gücləndirilməsi lazım görünür. Talışlar Qarabağ müharibəsi zamanı Az.R-nın ərazi bütövlüyünə sadiq olduqlarını sübuta yetirdilər . Ancaq görünür Az.R-da dövlət qurumları işğal olunmuş torpaqları azad etmək yerinə daha çox imkanlarını ölkədə etnik qruplar və azlıqların hüquqlarını pozmağa yönəldiblər .
|